Bakının mərkəzində ucuz mənzillər: Fırıldaq, yoxsa real qiymət? - VİDEO

22.04.2018 19:25

Bakının mərkəzi hissəsində 3 otaqlı, əla təmirli mənzili 41 min manata təklif etsələr, yəqin ki, çox insan buna inanmaz. Ancaq elan saytlarının birində bu qiymətə 114 kvadratlıq mənzil satışa çıxarılıb. Bu rəqəm isə hazırki real bazar qiymətindən dəfələrlə ucuzdur. Ortaya belə bir sual çıxır: bəs bu tip elanlar nə məqsədlə yayılır?

Xezerxeber.az-ın məlumatına görə, Xətai rayonunda 3 otaqlı, tam təmirli mənzil 41 min manata satılır. Üstəlik, mənzil içərisindəki əşayalarla birlikdə müştəriyə təklif edilir. Nə qədər inandırıcı görünməsə də, elan saytlarında bu tipli əmlaklara tez-tez rast gəlmək olur.

Ekspertlərin fikrincə, bu tip elanlar fırıldaq məqsədi ilə yayılır. Çünki bazar qiyməti ilə müqayisə edildikdə qiymətlərin heç də real olmadığı açıq-aydın görünür.

Rieltorlar deyir ki, belə elanların qiymətinə aldanıb mənzil alanlar, sonradan evin bir neçə şəxsə satılması halları ilə rastlaşa bilər. Bəzi satıcılar sırf bu məqsədlə qiyməti belə cəlbedici qoyurlar. Belə halla qarşılaşmamaq üçün çıxarışla təmin edilməyən mənzil alarkən tikinti kooperativindən bəzi sənədləri mütləq tələb etmək lazımdır.

Ekspertlərin sözlərinə görə, əvvəllər mənzillərin bir neçə nəfərə satılması halları tez-tez müşahidə edilirdisə, son zamanlar sayı azalıb.

Müqavilə ilə satılan evlərin mülkiyyət hüququnun notarial qaydada təmin edilməsi mənzil bazarına da müsbət təsir göstərir. Ekspertlər bu amilin qiymətlərin ucuzlaşmasında önəmli rol oynadığı qənaətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1879 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR