İrəvanda Nikol Paşinyan saxlanılıb - Serj Sarkisyanla görüşdən sonra

22.04.2018 11:56

Bu gün İrəvanda müxalifət lideri Nikol Paşinyan saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Serj Sarkisyan və N. Paşinyan arasında görüş keçirilib. S. Sərkisyanın istefası tələbi ilə keçirilən görüş nəticəsiz başa çatıb. Sarkisyan müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Görüşün əvvəlində baş nazir bildirib ki, danışıqlar jurnalistlərin iştirakı olmadan aparılmalıdır. Paşinyan isə buna cavabında deyib ki, danışıqlarda ancaq onun istefası müzakirə ediləcək.

"Əgər siz bu cür danışmağa davam etsəz, mənə yalnız hüquqi müstəviyə və məntiqi hərəkətlərə qayıtmaq qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib.

Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".


© xezerxeber.az


1141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR