Heydər Əliyev Aeroportunu ilk dəfə belə GÖRƏCƏKSİNİZ - FOTOLAR

20.04.2018 13:33

Dünyanın ən gözəl hava limanlarından birinin "quş uçuşu" yüksəkliyindən necə göründüyü hər kəsə maraqlıdır.

Vertolyotdan dünyanın ən gözəl hava limanlarından biri - Heydər Əliyev Beynəlxalq Aeroportunun unikal şəkilləri çəkilib.

XəzərXəbər xəbər verdiyi kimi, Azərbaycanın əsas hava limanı Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə yenidən ən yaxşılar siyahısına başçılıq edib. Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards” mükafatına layiq görülüb. "Skytrax” mükafatının təntənəli təqdimat mərasimi Stokholmda keçirilib.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona qədər sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutub. Siyahıya London-Siti aeroportu başçılıq edir.

Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olub.

"Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax”, həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.


XəzərXəbər Heydər Əliyev Beynəlxalq Aeroportunun vertolyotdan çəkilmiş nadir kadrlarını oxuculara təqdim edir:













© xezerxeber.az

FOTOQALERIYA






1066 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR