Bu dəlil III Dünya müharibəsini BAŞLADACAQ – TÜRKİYƏYƏ GƏTİRİLİR

19.04.2018 13:57

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Quta-Duma bölgəsində aprelin 7-də istifadə olunan bombanın parçaları "Fərat Qalxanı” bölgəsinə gətirilib.

"Yeni Şəfəq” nəşri xəbər verir ki, Suriyanın müvəqqəti hökumətinin baş naziri Cavad Əbu Hatab kimyəvi kapsulla təchiz edilən bombanın hissələrini araşdırılması üçün türkiyəli səlahiyyətlilərə verməyə hazır olduqlarını bildirib.

Rusiya və Dəməşqin kimyəvi silahın tətbiqi barədə dəlilləri gizlətdiyini deyən Əbu Hatab qeyd edib ki, bütün dünya bu vəziyyəti sakitcə izləyir.

"BMT Dumanın mühasirədə olduğu beş illik müddətdə sərgilədiyi acizliyi dəlil toplama prosesində də davam etdirir. Kiməvi hücumdan on bir gün keçməsində baxmayaraq, bizimlə heç bir beynəlxalq təşkilat əlaqə qurmayıb. ABŞ, İngiltərə və Fransa Bəşər Əsədi cəzalandırma məqsədiylə rejimə aid bəzi mövqeləri vurdu. Ancaq kimyəvi hücumdan sonra heç bir müstəqil təşkilat bölgəyə girmədi. Dəməşqə gələn bütün araşdırma qruplarını işə başlamağa gecikdirdilər. Suriya Kəşfiyyat Xidməti ("El Muhaberat”) hadisədən bir gün sonra Dumanı bombaladı və bunu BMT rəsmilərinin bölgədə dəlil toplamasına maneə olmaq üçün etdi. Müstəqil araşdırmaçılar da təhlükəsizlik səbəbiylə Dumaya girə bilmir. Rejim bütün kimyəvi dəlilləri məhv edir. Kimyəvi hücumun izlərini daşıyan onlarla ev sökülür. Bundan başqa, yüzlərlə paltar və ev əşyası rejimin adamları tərəfindən yandırılır”, -o bildirib.

Kimyəvi silah mühəndisi olan Əbu Məcid hadisədən iki gün sonra rusların bölgəyə gəldiyini vurğulayıb: "Gizli xəstəxanalardan biri hadisənin baş verdiyi əraziyə yaxın idi. Orada həkimlər və xəstəxana rəhbəri təhdid altında ifadə verdi. Səlahiyyətlilər burada "kimyəvi hücum olmayıb” şəklində ifadə verməyə məcbur oldular. Biz oradan çıxarkən kimyəvi bombanın bəzi hissələri və kimyəvi hücumun izlərini daşıyan nümunələri özümüzlə götürdük. Bu nümunələri Türkiyəyə verməyə hazırıq”.

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin "Ağ kaskalılar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izlərinin tapmadığını bəyan ediblər.

Dünən isə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert söyləyib ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nümayəndələri kimyəvi silahın tətbiqinə dair dəlillər ortadan qaldırılmadan Duma şəhərinə buraxılmalıdır. Bundan sonra Rusiya Federasiya Şurasının vitse-spikeri Andrey Turçak deyib ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Şərqi Qutada kimyəvi hücumla bağlı həqiqətlərin araşdırılması üçün sakit şəkildə işə başlaya bilərlər. Onun sözlərinə görə, hazırda ərazidə ekspertlərin sakit şəkildə iş aparması üçün bütün şərtlər təmin olunub. Bununla belə, ABŞ ərazidə kimyəvi hücumun izlərinə dair dəlillərin saxlanıldığına şübhə edir. Türkiyəyə veriləcək bombanın hissələri hadisə ilə əlaqədar bir sıra qaranlıq məqamlara aydınlıq gətirə bilər. Kimyəvi hücumun edildiyi iddiası təsdiqlənərsə, bu, ABŞ-ın Suriyaya yeni zərbələri üçün zəmin yarada və nəticədə, Rusiya ilə qarşıdurma vəziyyətinin yaranmasına gətirib çıxara bilər./publika.az

© xezerxeber.az


1647 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR