Putinin limuzini satışa çıxarıldı – 8,5 milyona - FOTOLAR

18.04.2018 16:09

Rusiya prezidenti Vladimir Putinin zirehli limuzini "Mercedes-Benz Pullman W220 S600” "Avto.ru” saytında satışa çıxarılıb.

Putinin limuzini 8,5 milyon rubla (234, 403 AZN) satılır.

Avtomobil 2003-cü ildə zavodda xüsusi sifariş əsasında yığılıb. Elanda qeyd olunur ki, avtomobil hazırda şəxsi kolleksiyadadır. Prezident limuzininin harada və nə vaxta şəxsi kolleksiyaya düşməsi açıqlanmır.

Satıcı qeyd edir ki, limuzin həcmi 5,8 litr, gücü 367 at gücü olan avtomat ötürücü qutulu mühərriklə təchiz olunub. Avtomobil 88 min kilometr yol gedib. Təmirə ehtiyacı yoxdur.







© xezerxeber.az


919 dəfə oxunub

ÇOX OXUNANLAR