Avtomobili saxlatdırıb sürücünün qulağını kəsdilər - TƏFƏRRÜAT

18.04.2018 13:44

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb. Hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb.

Belə ki, Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu avtomobillə hərəkətdə olarkən tanımadığı şəxslər onun qarşısını kəsib. Bu zaman münaqişə baş verib və şəxsiyyəti hələlik məlum olmayan şəxs V.Əliağayevin qulağını kəsib.

Hadisə vaxtı V.Əliağayevin ailə üzvləri maşında olub. Onun həmin şəxslərlə daha əvvəl mübahisə etdiyi və həmin söhbətin davamı olaraq münaqişənin baş verdiyi bildirilir.

Artıq V.Əliağayevə xəstəxanada yardım göstərilib və onun qulağı yerinə tikilib.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

© xezerxeber.az


793 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR