Nazir əmr imzaladı - Bu uşaqların siyahısı hazırlanacaq

18.04.2018 11:46

Avropa immunlaşdırma həftəsinin keçirilməsi ilə bağlı Səhiyyə nazirliyi tərəfindən əmr imzalanıb.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı 16 aprel 2018-ci il tarixli 26 saylı əmrdə aprelin 23-dən 29-dək respublikanın bütün şəhər və rayonlarında immunlaşdırma həftəsinin keçirilməsi müəyyən edilib:

"Bütün səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəbə görə,peyvənddən kənarda qalan uşaqların bu həftə ərzində vaksin edilməsi nəzərdə tutulub. Həm səhiyyə şöbələri, həm də GEM mərkəzləri tərəfindən peyvənddən kənarda qalan uşaqların siyahısı hazılanacaq, onların peyvəndə dəvət edilməsi ilə bağlı işlər görüləcək. Peyvənd məntəqələrinin işçiləri ilə GEM tərəfindən görüşlərin, maarifləndirmə işlərinin aparılması da nəzərdə tutulub. İmmunlaşdırma həftəsi ərzində aparılan işlər Respublika GEM-nə təhvil verildikdən sonra bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək"./Movqe.az

© xezerxeber.az


1072 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR