Sürücülər məmnun, sərnişinlər isə narazıdır - Rayon taksiləri qiyməti qaldırıb - VİDEO

20.03.2018 20:55

Bayramla bağlı paytaxtdan rayonlara üz tutan vətəndaşlar avtobusla yanaşı, fərdi qaydada fəaliyyət göstərən taksilərdən də istifadə edirlər. Burda məqsəd həm mənzil başına daha tez çatmaqdır, həm də uzun yolu rahat başa vurmaqdır. Ancaq məsələ burasındadır ki, bəzi taksi sürücüləri bayramı fürsət bilib qiyməti qaldırıblar. Təbii ki, bundan da əziyyət çəkənlər sərnişinlər olurlar.

Sürücülər məmnun, sərnişinlər isə narazıdır. Paytaxtdan bölgələrə sərnişin daşıyan taksi sürücüləri qiyməti 5-10 manat arasında qaldırıblar.

Bayram istirahətini rayonda keçirmək istəyənlər avtobusla yanaşı, fərdi şəkildə fəaliyyət göstərən taksi xidmətindən də istifadə edirlər. Paytaxtın Nəsimi rayonu "3-cü mikrorayon" dairəsi rayon taksilərinin dayandığı əsas yerlərdəndir.. Bu gün burada xüsusi canlanma vardı.

Sərnişinlər isə deyirlər ki, sürücülərin əksəriyyəti bayramı fürsət bilib qiymətləri qaldırıblar..

Şimal zonasına getmək istəyənlər isə əsasən "Şamaxinka" adlanan ərazidə dayanan taksilərdən istifadə edirlər. Sürücülər deyirlər ki, bayram olmasına baxmayaraq, sərnişinləri əvvəlki günlərdə olan qiymətə aparırlar.

Qeyd edək ki, bayramla bağlı rayonlara üz tutanların çoxu Bakı Beynəlxalq Avtovağzalından istifadə edirlər. Elə buna görə də bayram günlərində avtovağzalda sərnişin sıxlığı yaşanır. Avtovağzaldan verilən məlumata görə, adi günlərdə 300-340 nəqliyyat vasitəsi ilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayramda 600-dən artıq reyslə 16 mindən çox sərnişinin daşınması nəzərdə tutulub. Elə buna görə də, xəttə əlavə avtobuslar buraxılıb.


© xezerxeber.az

FOTOQALERIYA






721 dəfə oxunub

XƏBƏRLƏR

15.10.2018 13:12

Arda Turana daha bir şok

ÇOX OXUNANLAR