Salyanda GÖRÜNMƏMİŞ CİNAYƏT: Qadın xalatı ilə oğurluq edən şəxs ələ keçdi - VİDEO

20.03.2018 20:58

Salyanda qadın xalatı geyinib gözünə linza qoyaraq oğurluq edən şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs müxtəlif vaxtlarda rayon ərazisində silsilə oğurluqlar edib

Qadın xalatı geyinib gözünə yaşıl linza qoyaraq oğurluq edib. Elə bu vəziyyətdə də iş başında saxlanılıb.

Hadisə Salyan rayonunda baş verib. Rayonun Arbatan kənd sakini, 24 yaşlı Əliağa Həsənov rayon ərazisində silsilə oğurluqlar edib.

Rayon sakini Mahmud Tağıyevin həyətindən 200 manat dəyərində bir baş qoç oğurlayan zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Polis şöbəsinə gətirilən Əliağa Həsənovun ilkin istintaq zamanı silsilə oğurluqlar etdiyi üzə çıxıb.

Məlum olub ki, Əliağa Həsənovun bu ilin fevral ayının 7-də Arbatan kənd sakini Feyzulla Feyzullayevə məxsus təsərrüfatdan da 1 baş qoç, digər vaxtda isə həmin kənddə Rafael Hüseynova məxsus təsərrüfatdan 3 baş qoyun oğurlayıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR