Şəkidə DƏHŞƏTLİ QƏZA: ölən və yaralananların kimliyi məlum oldu

20.03.2018 13:56

Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

Qəza zamanı ölənlər və yaralananlar rayonun Kiçik Dəhnə kənd sakinləri Adəm Şahruz oğlu Adıgözəlov və Murad Zaman oğlu Həşimovdur.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Pərviz Rizvan oğlu Cəmilov, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamov və 1983-cü il təvəllüdlü sürücü Allahverdi Vitya oğlu Mustavayev yaralanıb.

Yaralılardan Pərviz Cəmilovun müalicəsi Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralılar Laçın Adamov və Allahverdi Mustafayevin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. (APA)

***

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.

Hadisə bu gün axşam saat 23 radələrində Qaraməryəm-İsmayıllı- Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələ ki, şəxsiyyəti müəyyənləşməyən sürücü idarə etdiyi "VAZ 2106” markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Daha sonra maşın qaz xəttinə dəyərək xətti qırıb.

Qəza nəticəsində hadisə yerində ölən və avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan daha üç nəfər isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Hazırda ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. (apa)

© xezerxeber.az


762 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR