Cenk Tosunu dayandıran tapılmır: "Everton"a qələbə qazandırdı - VİDEO

18.03.2018 13:15

İngiltərə Premyer Liqasında 31-ci turun görüşləri keçirilib.

"Everton" səfərdə "Stok Siti" ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib. liverpul təmsilçisinin hər iki qolunu Türkiyə millisinin üzvü olan Cenk Tosun vurub. Hücumçu artıq ardıcıl 3-cü oyununda rəqib toru silkələyir.

Premyer Liqanın turnir cədvəlinə 81 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 65 xalla 2-ci, "Liverpul" 63 xalla 3-cü, "Tottenhem" 61 xalla 4-cüdür. "Everton" 40 xalla 9-cu, "Stok Siti" isə 27 xalla 19-cu pillənin sahibidir.

"Stok Siti" - "Everton" - 1:2

Qollar: Çupo-Motinq, 77 - Cenk Tosun, 69, 84


© xezerxeber.az


630 dəfə oxunub

ÇOX OXUNANLAR