Altı yaşı tamam olmayan uşaqlar birinci sinfə necə gedəcəklər?

18.03.2018 12:46

Altı yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək aparılacaq.

XəzərXəbər xəbər verir ki,BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhər Təhsil İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin və Abşeron rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə qeydiyyat isə martın 12-dən iyunun 20-dək aparılacaq.

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu Qaydaları”na əsasən, altı yaşı tamam olmayan uşaqların birinci sinfə qəbulu iyun-iyul aylarında müsahibə üsulu ilə həyata keçiriləcək.

© xezerxeber.az


325 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR