Canlı yayımda sevgilisini öldürdü - VİDEO

16.03.2018 16:02

ABŞ-da ötən ilin iyununda 22 yaşlı sevgilisi Pedro Ruizi canlı yayımda güllə ilə vurub öldürən 20 yaşlı Monaliza Perezə 6 aylıq həbs cəzası verilib.

Məşhur olmaq üçün Yutub kanalında müxtəlif videolar yükləyən cütlük ən təhlükəli video çəkəcəklərinə dair anons vermiş, Ruiz sinəsində tutduğu ensiklopediyanın onu güllədən qoruyacağını iddia etmişdi.

Halstad şəhərində yaşayan cütlüyün bir övladı var. Perez videonu çəkəndə isə ikinci hamiləliyini yaşayırmış. Tvitter mikrobloqunda "Mən və Pedro böyük ehtimalla ən təhlükəli videomuzu çəkəcəyik, bu, mənim yox, onun fikridir”, - deyə qeyd edən qadının sevgilsinin sinəsinə tuşladığı güllə onu ölümcül yaralayıb. Sinəsində tutduğu qalın ensiklopediyanın onu qoruyacağını zənn edən Ruizin vurulma anını canlı yayımla 30 nəfər və 3 yaşlı övladları izləyib.

Cinayət işinin araşdırılmasına rəhbərlik edən prokuror Ceyms Brunun sözlərinə görə, axmaqcasına plan Pedro Ruizin ideyası olub və Monaliza Perez səhvən, güllənin onu öldürməyəcəyinə inandığı üçün atıb./Teleqraf.com

© xezerxeber.az


1137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR