Gündə 6 dənə yemək xərçəngə qarşı qalxan yaradır - FOTO

16.03.2018 11:24

Soğan sarımsaq və kəvər bir çox yeməkdə istifadə edilir. Xüsusilə soğanda olan antioksidantlara görə həm sinir sistemini, həm də immunitet sistemini gücləndirirlər. Yüzlərlə ildir ki, soğan və sarımsaq alternativ təbabət üsulu olaraq istifadə edilir.

"Healthy Food Style"ın açıqlamasında bildirilir ki, gündə 6 diş közlənmiş və ya qızardılmış sarımsaq yemək 24 saat ərzində bədəndə aşağıdakı dəyişiklər yaradır.

İlk saat:Orqanizm sarımsağı həzm etməyə başlayır.

2-4 saat: Orqanizm həzm etdiyi qidalar xərçəng xəstəliyi olan hüceyrələrlə vuruşmağa başlayır.

4-6 saat: Metabolizm sürətlənir. Toplanan yağlar əriməyə və bədəninizdəki artıq mayelər atılmağa başlayır.

6-7 saat: Sarımsağın antibakterial xüsusiyyəti orqanizmə yayılır və qan dövranı normallaşır. Sarımsaq bakteriyalarla vuruşmağa başlayır.

7-10 saat: Sarımsaqdakı qidalar hüceyrələr səviyyəsində orqanizmi müdafiəyə keçir, bədəni oksidləşmədən qoruyur.

10-24 saat: Sarımsaq aşağıdakıları reallaşdırır: Xolesterolu parçalayır, damarları təmizləyir və ürək problemlərinə müsbət təsir göstərir. Təzyiqi normallaşdırır, sinir sistemini gücləndirir, bədənə ağır metalların daxil olmasının qarşısını alır. Sümükləri və oynaqları gücləndirir, yorğunluğu azaldır, hüceyrələrin ömrünü uzadır.

FaktXəbər

© xezerxeber.az


1423 dəfə oxunub

XƏBƏRLƏR

18.12.2018 14:03

Ruhani Türkiyəyə gedir

ÇOX OXUNANLAR