Yanmış meyiti tapılan qadın Ramiz Mirzəyevin bacısıdır - 8 AYDA 3 ÖLÜ

24.02.2018 11:35

Tovuz rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. Lent.az rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, P.Mirzəyevanın isə bədəninin müextəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.
Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır.
Qeyd edək ki, bu, Mirzəyevlərlə bağl son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində həlak olmuşdu.

© xezerxeber.az


1255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR