Ailəsini axtaran gənc həyatının şokunu yaşadı - Atası öz dayısı çıxdı - VİDEO

22.02.2018 15:54

Esra Erolun dünən yayımlanan proqramında şok bir həqiqətin üstü açılıb.

Ailəsini axtarmaq üçün verilişə qatılan Hasancan adlı gənc atasının öz dayısı olduğunu və bu şəxsin illər öncə anasına təcavüz etdiyini öyrənib.

Dünən canlı yayıma telefonla qoşulan bioloji anası "13-14 yaşım olarkən, özümə sahib çıxa bilmədim, sənə necə sahib çıxardım. Qapım üzünə hər zaman açıq, amma mən xərçəng xəstəsiyəm. Psixologiyam pozulub. Xəstəyəm, gələ bilmirəm" deyib.

Uşaqkən böyük qardaşı Mevlüt Eke tərəfindən təcavüzə məruz qaldığını deyən Kezban adlı qadın Hasancanın doğma qardaşından olduğunu etiraf edib.

Qadın o zaman 13 yaşı olduğunu və ailəsinin bu hadisənin üstünü örtmək üçün Hasancanı başqa bir ailəyə övladlıq vermək məcburiyyatində qalıdığını sözlərinə əlavə edib.

HƏR KƏS ŞOKA DÜŞDÜ

Esra Erolun verilişində həqiqəti öyrənən Hasancan "Siz necə insanlarsınız. Həm sizdən həm də özümdən utanıram" deyərək, şoka düşdüyünü etiraf edib./milli.az

© xezerxeber.az


1756 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR