Göygöldə itkin düşən gəlin tapıldı: 11 gündür harada yaşayıb? - TƏFƏRRÜAT

20.02.2018 16:56

Göygöl rayonunda itkin düşəngəlinin 11 gün ərzindəharada yaşadığı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki,11 gün əvvəl qaynatası ilə birgə Göygöl şəhərinə gələn və qəflətən orada taksiyə minərək Gəncə şəhəri istiqamətinə gedən gəlinGülüstan qəsəbəsində düşərək rəfiqəsi ilə görüşüb. Əvvəlcədən planlaşdırdıqları kimi şəhər ərazisində kirayə ev tutub və 11 gün ərzində orada yaşayıb. A.Ağakişiyeva kosmetoloq olduğundan öz sahəsinə uyğun iş də tapıb.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilənqadın ifadəsində bildirib ki, qayınana və qayınatası ilə yola getmədiyi üçün bu addımı atıb. O, bu 11 gün ərzində ailəsindən heçkimlə əlaqə saxlamadığını deyib.

A.Ağakişiyeva dindirilmədən sonra ailəsinə təhvil veriləcək.

© xezerxeber.az


2464 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR