Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Biz sildiyimizi zənn edirdik - “WhatsApp”da bu funksiya yeni üzə çıxdı

17.02.2018 13:45

"WhatsApp" messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.

XəzərXəbər İnterAz-a istinadən xəbər verir ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib.

Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.

"WhatsApp" administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.

Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.

© xezerxeber.az


2270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR