Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Doğranmış meyitin kimliyi bilindi - Qatil 50 yaşlı qadındır

17.02.2018 10:26

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© xezerxeber.az


854 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR