Sənədsiz evlərlə bağlı deputatdan MÜHÜM TƏKLİF

01.02.2018 13:40

"Milli Məclisinin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı yüksək səviyyədə hazırlanıb. Demək olar ki, parlamentin əksər komitələrində müzakirə edilən qanun layihələri yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib”.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, yaz sessiyasının qanunvericilik işləri planına təklifi var:

"Xırdalan və Abşeronda kənd təsərrüfatı kateqoriyasına aid olan torpaqlarda uzun illərdir ki, fərdi evlər inşa edilib. Burada insanlar illərdir ki yaşayır, övladlarına xeyir işlər edir, vəfat edənlər olur. Eyni zamanda burada ev inşası qanunsuz olsa da, fərdi evlər kommunal və rabitə xidmətlərindən istifadə edir, vergi ödəyirlər. Bu evlərin çoxuna bələdiyyə və ya icra hakimiyyətləri sənədlər verib. Ancaq bu torpaqlar kənd təsərrüfatı təyinatlı olduğuna görə, evlərə çıxarış əldə edə bilmirlər.

Məncə, bu torpaqların təyinatının dəyişdirilsə və yaşayış torpaqları kimi qeydə alınsa yaxşı olardı. Çünki bu artıq sosial problem halına gəlib. Minlərlə insan uzun illərdir ki, qanunsuz olsa da, burada yaşayırlar. Hesab edirəm ki, Torpaq Məcəlləsinə və ya müvafiq qanunda dəyişiklik edilməsinmə yaz sessiyası dövründə baxılmalıdır. Yox, əgər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədirsə, onlar buna diqqət etməlidirlər”.

© xezerxeber.az


3540 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR