"WhatsApp" ödənişli olur?

23.01.2018 17:03

SMS dövrünü bağlayan mesajlaşma platforması "WhatsApp" istifadəçilərinə uzun illər pulsuz xidmət göstərir.

Lakin Facebook" "WhatsApp"-ı aldıqdan sonra "WhatsApp"-ın ödənişli olacağı barədə şayələri yayılmışdı. Amma olmadı. Hakerlər isə belə məqamları gözləyirmiş. Onlar "WhatsApp"-ın hər bir yeni funksiyasına uyğun hücumlar edir.

XəzərXəbər xəbər verir ki, artıq hakerlər "WhatsApp"ın pullu olacağı kimi sms-lər göndərməyə başlayıblar. Onların yolladığı mesajların mətni bu cürdür: "Abunəliyiniz bitdi. Hesabınızı artırmaq üçün $ 0.99 ödəyin və ömürlük abunə olun".

Şirkət tərəfindən isə ödənişli xidmət haqqında rəsmi açıqlama yoxdur. Odur ki, yuxarıda göstərilən mesaja bənzər mesaj almış olsanız, aldanmayın.

© xezerxeber.az


1312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR