Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Axtarışda olan şəxslər istirahət mərkəzində yaxalandı - VİDEO

21.01.2018 18:45

Axtarışda olan şəxslər narkotik maddə ilə saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yerləşən istirahət mərkəzinin kotecində istirahət edən, rayonun Hişkədərə kənd sakini, Rusiya polisi tərəfindən axtarışda olan Namiq İmamverdi oğlu Feyzullayev və Bakı şəhər sakini, Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan Elza Teymur qızı Yarıyeva saxlanılıb.

Həmçinin, həmin kotecdə Elza Yarıyevaya məxsus əl çantasından da narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


1063 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR