ABŞ-da 2 azyaşlı 500 min arını öldürüb - VİDEO

20.01.2018 11:38

ABŞ-ın Ayova ştatının iki sakini 50 arı "kəndi"ni dağıtmaqda ittiham edilir.

Bu barədə yerli polisə istinadən "The Huffington Post" xəbər yayıb.

Bildirilir ki, saxlanılanlar yetkinlik yaşına çatmamış 12 və 13 yaşlı iki nəfərdir.

Polisin məlumatına görə, onlar fermada saxlanan avadanlıqlara zərər vurub və 50 arı yeşiyini çevirərək dağıdıblar.

Sahiblərinin sözlərinə görə, fermanın zərərin 60 min dollar dəyərində qiymətləndirilir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Ayova ştatının Siu-Siti əyalətində vandalların 50 yeşiyi devirərək 500 min arını öldürdüyü barədə məlumat yayılmışdı./FaktXəbər


© xezerxeber.az


661 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR