6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş - ŞOK TƏFƏRRÜAT - VİDEO

19.01.2018 18:14

Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.

XəzərXəbər milli.az-a istinadən xəbər verir ki,Yasin Uzunu öldürən Hikmət Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb.

Polis Hikmət Y.-nin evinin həyətində apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib.

Şübhəli Hikmət Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.

Saxlanılan 5 nəfərin dindirilməsi davam edir.

© xezerxeber.az


2680 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR