Bakıda BİABIRÇI HADİSƏ: 24 yaşlı oğlan 13 yaşlı bacısı qızını...

19.01.2018 16:07

Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir.

Uşağında hazırda Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

İstintaq orqanları, şübhəli ilə bağlı araşdırma aparır. Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb. (oxu.az)

© xezerxeber.az


1687 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR