Hər kəs təhlükə altındadır - "WhatsApp"da mesajlarınız oğurlana, zəngləriniz dinlənə bilər

17.01.2018 14:53

"Kaspersky Lab" şirkəti android cihazlarında "WhatsApp" mesajlaşma plaformasında sizin şəxsi məlumatlarınızı və mesajlarınızı oğurlaya bilən virus aşkar ediblər.

XəzərXəbər milli.az-a istinadənxəbər verir ki, bu virusun adıSkygofree-dir. O böyük mobil operatorların internet saytlarına bənzər saytlardan yayılır. Bu cür saytlarda istifadəçilərə "internet sürətləndiricisi" kimi təqdim olunan əlavələr məsləhət görülür və həmin linkə daxil olanlar artıq bu virusun daşıyıcısı olurlar.

"Skygofree bu platforma üçün yaradılmış ən güclü virusdur"- analitiklər qeyd ediblər.

Ekspertlərin dediyinə görə, bu proqram telefon danışıqlarını yaza, sms və WhatApp yazışmalarınızı oğurlaya bilər. Hətta hakerlər Skygofree vasitəsilə siz hər hansısa bir yerdə olarkən səsyazmanı qoşub hər şeyi qeyd edə bilərlər. Bundan əlavə onlar telefonunuzu sizdən xəbərsiz istənilən Wi-Fi şəbəkəsinə bağlaya bilər.

© xezerxeber.az


1223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR