Müğənni Eltonun çayına zəhər qatıblar - SENSASİON AÇIQLAMA

12.12.2017 13:12

Müğənni Elton Hüseynəliyev ətrafında olan bəzi insanlardan bezdiyini bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə status yazıb: "Sözüm arxamca danışan iki üzlü, riyakarlaradır: Sözü üzümə deməyə kişiliyiniz, cürətiniz çatmır, məndən qorxub, çəkinirsiz. Bəs Allahdan qorxmursunuz? Hamınızın cavabını hər şeyə qadir rəbbim verəcək. Kim arxamca danışıb, sonra da məni görəndə üzümə gülürsə, elə bu hərəkəti ilə necə alçaq, iki üzlü olduğunu göstərir. Hər zaman rahat yaşamışam, bundan sonra da elə yaşayacam. Çünki mən insanlardan yox, Allahdan qorxuram. Toylarda mənə verilən pulun əvəzini işimlə qaytarıram və bununla da mənə iftira atanların cavabını verirəm, verəcəm. Çünki mən kiminsə oxumağına gülmürəm. Mən ulduz, sənətkar deyiləm. Hər zaman təvazökar olmuşam, olacam da. Məni öz həyatım maraqlandırır”.
İfaçı onu da əlavə edib ki, xeyli vaxtdır efirlərə də çıxmır: "Neçə vaxtdır ki, verilişlərə də getmirəm. Bəziləri kimi kanalların qapısında yatmıram, kimlərəsə yaltaqlıq etmirəm və kiminsə pulunu yeyib içib, geyinmirəm. Allahın verdiyi ilə dolanıram və neçə ildir ki, sizin kimi murdarlarla mübarizə aparıram. Məni şər-böhtanla yıxmaq istəyirsiniz, amma alınmır, alınmayacaq da. Məni 100 dənə kişi cildində arvadağız sevməsə də olar. Əsl kişilər məni yaxından tanıyan qardaşlarım bilir ki, kiməm. Alnım açıq, üzüm ağdır, heç kimin yanında gözü kölgəli deyiləm".
E.Hüseynəliyev bildirib ki, onun səsinin batması üçün bir neçə şou-biznes əhli ona qurğu qurubmuş: "Neçə müğənni, musiqiçi, bəstəkar, prodüser, nə bilim, daha kimlər mənə qurğu qurdunuz. Pul verib, məni Moskvaya da deport etdirdiz. Cadular murdarlıqlar, çayıma zəhər belə qatanlarınız oldu. Amma mən yenə işimdə, yerimdəyəm. Çünki Allah bilir mənim ürəyimi. Çünki gözəl oxumağım, hörmətim olduğuna görə mənə düşmən olduz. Amma alınmadı. Bədbəxtlər”.

© xezerxeber.az


2160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR