EYNƏYƏ SON: Cəmi 2 dəqiqəyə görməniz bərpa olacaq

23.11.2017 14:47

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində yeni növ əməliyyatların icrasına start verilib.

Şöbənin müdiri Qurban İsmayılovun bildirdiyinə görə, bu gündən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində ekzeymer cərrahiyyəsi fəaliyyətə başlayır: "İntraleyzlə ekzeymer refraktiv cərrahi əməliyyatlarının yeni üsullarla aparılmasına start veririk. Dünyanın ən müasir cihazlarından biri olan alberetto - 500 cihazı intraleyzlə birlikdə, eyni zamanda, cərrahi seçimdən asılı olaraq, more 3 tipində mikrokeraton vasitəsilə refraksiyon əməliyyatların icrasına başlamışıq. Əməliyyat yerli keyitmə altında aparılır, hər gözdə proses 2 dəqiqə müddətində başa çatır. Əməliyyatdan sonra xəstənin görmə itiliyi eynəklə gördüyü qədər bərpa olunur. Xəstə dərhal evə buraxılır”.

Həkim əlavə edib ki, refraktiv cərrahiyyə adətən keratomlar vasitəsilə aparılan əməliyyatlardır: "Həmin bu keratomlar x-b tipli və yaxud da more tipli keratomlardan ibarət idi. Ancaq bizdə üstünlük ondan ibarət olacaq ki, həmin bu kəsiklər intraleyz vasitəsilə əlin gözlə kontaktı olmadan aparılacaq”.

Qeyd edək ki, yeni quraşdırılan cihaz sayəsində artıq 15 nəfərdə əməliyyat icra olunub. Ümumilikdə 15 əməliyyat 2 saat ərzində davam edib. Ailem.az

© xezerxeber.az


2229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR