Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı - Qəribə SƏBƏB - VİDEO

20.11.2017 13:42

ürkiyənin Manisa şəhərininYuntdağı ərazisində ənənəvi "toy işgəncəsi" səbəbiylətoydansonraona ediləcəklərdən qorxan bəygəlini qoyub, qaçıb.

XəzərXəbər milli.az-a istinadən xəbər verir ki, Yunusemre qəsəbəsində dolanışığını əkinçiliklə təmin edən Ferhat Balaban (26), Berivan Aksoy (26) iləailə həyatı qurub. Gənc cütlüyün toy mərasimi keçirilib.

Toydan sonra adətlərinə görə "sağdişlərin"inona edəcəklərindən xəbərdar olan bəygəlinin evə gətirildiyi məqamda evin arxa qapısından qaçıb.

Bəyin "sağdış"ı Cihan Balaban adətlərinə görə məhəllədə evlənən hər bəyə "işgəncə" edildiyini bildirərək, ilk dəfə bir bəyin məhəlləni tərk etdiyini deyib.

Digər "sağdiş"lərlə səhərə qədər gözləyəcəklərini deyən Balabanfikirlərinə bu sözlərlə davam edib:

"İllərdir bizim məhəllənin bir adət-ənənəsi var. "Sağdış"lar olaraq toyun gözəl olması üçün əlimizdən gələn hər şeyi etdik. Bu zamana qədər görünməmiş bir şey oldu. Bəy qaçdı. Ötən illərdəbizə qarşı edilən işgəncələrin əvəzini çıxarmaq istəyirik.Bəyi tapıb, gətirənəvə ya gizləndiyi yeri deyənə500 lirəveriləcək.

Bəyin atası oğlunun toy axşamı qaçmağına səbəb olan "sağdiş"lərdən polisə şikayət edəcəyini deyib.

Ana Ummuhan Balaban isə oğlunun "sağdış"lara görə qaçdığını "Mənim uşağıma işgəncə edəcəklər deyə mən qorxurdum. Hətta "Mənə yuxu dərmanı içirsinlər, görməyim, nə edirlər etsinlər" dedim. Necə oldu mən də anlamadım. Övladım qaçıb, qurtulub. Mənim övladımı tapsınlar" sözləri ilə izah etməyə çalışıb.

Məhəllədəki "toy işgəncəsi" adət-ənənəsinə görəbəyin boynuna zınqırov, belinə yəhər taxılır, daha sonra isəayaqları betonun içinəsalınan bəysoyuq su ilə isladılır. Bununla da kifayətlənməyən "sağdış"lar, bəyi axura apararaq, heyvanların içində gəzdirirlər. Sonra isə bəyin üzünə un və boya tökürlər.


© xezerxeber.az


1808 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR