WhatsApp-ın səsli ismarıc funksiyasına çoxdan gözlənilən yenilik gəlir

19.11.2017 14:15

WhatsApp-da "push-to-talk” səsli ismarıclar funksiyası hələ 2013-cü ildə yaranmış və həmin vaxtdan həmin funksiyada elə də böyük bir dəyişiklik olmamışdı.

İndi isə görünür ki, həmin funksiya üçün ciddi yeniliklər gəlir. Belə ki, messencerin yenilənmiş versiyasında öz səsli ismarıcınızı yazmağa başladığınız zamanWhatsApp avtomatik olaraq mikrofon düyməsi yerində xüsusi interfeysi əks etdirəcək. Təqribi yarım saniyədən sonra isə istifadəçi fasiləsiz səsyazma prosesinə keçid edə biləcək. Beləliklə istifadəçi mikrofon düyməsini tutmadan öz səsini yaza biləcək. WABetaInfo saytı həmin interfeysin fotolarını təqdim edib.

Bununla yanaşı səsyazma prosesi zamanı istifadəçi öz köhnə ismarıclarına da baxa biləcək. Məsələn bu üsulla o biləcək ki, daha əvvəllər ikinci şəxs ilə hansı mövzularda söhbət aparıb. Bununla yanaşı yeni funksiyanın bir neçə məhdudiyyəti də olacaq. Belə ki, istifadəçi səsyazma prosesi zamanı foto və videoya baxa bilməyəcək. Bundan əlavə olaraq səsyazma zamanı mətn ismarıcı yazmaq və digər çatlara yönlənmək də mümkün olmayacaq. Bunu edən zaman səsli ismarıc avtomatik olaraq pozulacaq. Hal hazırda bu funksiya messencer tərtibatçıları arasında test edilir və yaxın zaman ərzində adi istifadəçilər üçün aktiv olmalıdır.

© xezerxeber.az


2130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR