"Real" transfer bombasını partladır: 67 milyon avro

19.11.2017 13:19

"Real" "Mançester Siti"dən ayrılacağı gözlənilən Serxio Aqueronu transfer edir. "Don Balon" xəbər verir ki, baş məşqçi Zinəddin Zidan bir forvardın transferini istəyib və argentinalı futbolçunun adını rəhbərliyə təqdim edir.

Bildirilir ki, "Real" Aquero üçün "Mançester Siti"yə 67 milyon avro ödəməyə hazırdı. İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın güvənmədiyi argentinalı ulduzun tezliklə Madriddə peyda olması gözlənilir. 

Qeyd edək ki, "Mançester Siti" Aqueronu 2011-ci ildə "Atletiko"dan 36 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub. Qvardiola ona bu mövsüm cəmi 12 rəsmi oyunda şans verib və 10 qol vurub.

Fanat.Az

© xezerxeber.az


856 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR