"WhatsApp"-a yeni bir funksiya gəlir

17.11.2017 15:36

Bildiyimiz kimi, " WhatsApp"da səsli mesajlaşma imkanı var. Bunun üçün telefonun "səs qeydi" düyməsini basıb saxlamaq lazımdır.

XəzərXəbər "WABetainfo"ya istinadən bildirir ki, tezliklə "WhatsApp"-a gələn yeniləmə ilə səsli mesaj göndərərkən düymə sıxmağa ehtiyac qalmaycaq. "WhatsApp"da "səs qeydi" düyməsi basıldıqdan yarımsaniyə sonra kursoru yuxarı qaldırmaqla "səs qeyd" rejimi açılır. Bu zaman istədiyiniz səsləri göndərəbilərsiniz və başa çatdıqdan sonra eyni düyməyə yenidən basaraq qeydləri dayandırmaq mümkün olacaq. Ancaq bu rejim bir sıra məhdudiyyətlərə malikdir:

1- "kilidli" səsli mesajı qeyd edərkən fotoşəkilləri və videoları izləmək mümkün deyil.

2- "Kilitli" səsli mesaj göndərilərkən yeni bir mesaj yaza bilməzsiniz. Başqa bir mesajı yazmaq üçün qeydləri bitirmək lazımdır.
Qeyd edək ki, bu xüsusiyyət hələ "Beta" mərhələsindədir. Lakin önümüzdəki aylarda bütün istifadəçilər üçün açıq olacaq.


© xezerxeber.az


1426 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR