Əhaliyə XƏBƏRDARLIQ: fənər, dərman və radio cihazları hazırlayın!

17.11.2017 10:58

ABŞ-ın Alyaska ştatının sakinlərinə Şimali Koreyanın nüvə hücumlarına qarşı xəbərdarlıq edilib.

Bölgə əhalisini gözlənilən hücuma qarşı hazırlamaq üçün tədbirlərə başlanılıb.

ABŞ-ın Fövqəladə Planlaşdırma Komitəsinin üzvü Ceremi Zidek əhaliyə radiasiyaya qarşı dərman, fənər və radio cihazlarını hazır vəziyyətə gətirməyi tövsiyə edib.

Ölkə mediasına açıqlamasında C.Zidek bildirib ki, nüvə silahı təhlükəsinə qarşı edilən hazırlıq insanların digər fəlakətlərə qarşı etdiyi hazırlıqla eynidir.

"Nüvə hücumu zamanı təxliyə üçün vaxt olmaya bilər. Ona görə də, ən yaxşı məsləhət gizlənmək və hücumun sonunu gözləməkdir”, - deyə o bildirib./publika.a

© xezerxeber.az


3359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR