Bu kadrlar sizi şoka salacaq - Restoranda dolaşan ruh - VİDEO

22.10.2017 11:38

ABŞ-da restoranların birində müşahidə kameraları ruhu lentə alıb.

Restoranın işçisi səhər işə gələndə stullardan birini yerə yıxılmış vəziyyətdə gördüyünü deyib. Bu səbəbdən də o, müşahidə kamerasına baxıb və gördüyündən dəhşətə gəlib. Videoda stulu gözəgörünməyən biri yıxır.

İkinci insident günün günorta çağı hamının gözü qarşısında baş verib. Hətta restorana gələnlərdən biri də bunu sezib. Belə ki, həmin şəxs mebellərin öz-özünə hərəkət etdiyini görüb. Ruhun bu hərəkəti də müşahidə kameralarının yaddışına həkk olunub.

Restoranın rəhbəri Deyv Foldz bildirib ki, ilk dəfədir belə bir olayla qarşılaşır: "Bu çox qəribə hadisədir. Mən artıq 27 ildir burada çalışıram. Amma ilk dəfədir ki, belə bir şey görürəm".

Onun sözlərinə görə, kollektiv restoranda dolaşan ruhun 25 il qabaq dünyasını dəyişən müştərilərdən birinin ruhu olduğunu düşünür. Kafenin müştəriləri də ruhlardan əndişəli deyillər. Onlardan biri deyib ki, onunçün bu məkanda ruhun olub olmamasının fərqi yoxdur: "Təki mənim oturduğum stulu tərpətməsin".

YouTube istifadəçilərinin çoxu görüntülərə inanmır. Şərhlərdə əksəriyyət videonun "feyk" olduğunu və restorana daha çox müştəri yığmaq üçün təşkil edildiyini deyib./Teleqraf.com


© xezerxeber.az


1579 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR