Tərtər və Şəmkir rayonlarında dəhşətli qətl törədilib - VİDEO

21.10.2017 19:56

Həyat yoldaşı ilə mübahisə edən kişi onu atası evində öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində baş verib. Həyat yoldaşı ilə mübahisə edən Rufanə Cəfərli uşagını da götürərək atası evinə gəlib. Bakı şəhər sakini Emin Hüseynov kəndə gedərək arvadının qayıtmasını istəyib. O, münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.

Məlum olub ki, Emin Hüseynovla qayınatasıgil arasında əvvəllər də söz-söhbət olub.

Hadisəni törədəndən sonra Emin Hüseynov könüllü Tərtər rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanıb.

Şəmkir sakini də bıçaqlanaraq qətlə yetirilib. Rayonun Zəyəm qəsəbə sakini, 27 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə Şəmkir rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub. İlkin məlumata görə, Tural Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir:



© xezerxeber.az


4400 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR