Diktatorun ilginc qadağaları: Bu ölkədə 9 şeyi ala bilməzsiniz- SİYAHI

20.10.2017 15:41

Təcrid edilmiş vəziyyətdə yaşayan və barəsində olduqca maraqlı məlumatlar dolaşan Şimali Koreyada ilginc qadağalar qüvvədədir.

Cebhe.info xəbər verir ki, Şimali Koreyada qüvvədə olan bu qadağalar dünyanın digər ölkələri üçün olduqca qəribə görünür. Məsələn, Şimali Koreyada bunları ala bilməzsiniz:

1. "Coca-Cola”. Dünyada bu sərinləşdirici içkinin satılmadığı iki ölkə var- Kuba və Şimali Koreya. Ancaq koreyalılar bu qadağan edilən içkinin dadını bilir. Söhbət "Cola"ya bənzəyən içkilərdən gedir. Amma əsl "Coca-Cola”nı içmək hələ də qadağandır. Ölkədə kakoa dadı verən şirin qazlı içkilər var.

2. Diktator Kim Çen Inın saç forması. Bir neçə il əvvələ qədər ölkədə bu saç stili dəbdə idi. Kişilər saçlarının liderin saçına bənzəməsini istəyirdilər. Ancaq diktator onu təqlid edənləri xoşlamadı və kişilərə saç yasağı gəldi.

3. "Starbucks” da bu ölkədə imperialist məhsulu sayılır. Ölkədə çox sayda qəhvə verilən kafelər var. Maraqlıdır ki, onların bir çoxu məhz "Starbucks”a bənzəyir. İçəridə satılan məhsul da tamamilə oxşardır.

4. Saç rəngi. Bu ölkədə saçınızı rənglətmək sizə asan başa gəlməyəcək. Burda saçın sarı, qızılı və ya yaşıla boyanması mümkünsüzdür. Saçları rəngləmək də kapitalist yanaşma hesab edildiyindən ancaq qara rəngli saçda gəzə bilərsiniz. Əgər kimsə saçını başqa rəngə boyatsa, həm özü, həm də saç ustası cəzalandırılır. Cəzanın nə olduğu tam bəlli deyil, amma evində "İncil" saxlayan və ya Cənubi Koreya istehsalı olan serial izləyənlər kim edam da oluna bilərsiniz.

5. McDonalds. Ölkədə bu mağazanın açılması ancaq xəyal ola bilər. Şimali Koreya sakinləri bu məhsulları yemək üçün Çinə gedir.

6. Cins şalvar. Bu ölkədə saç boyası kimi geyimə də qadağalar var. Siyahının başında isə cins şalvarlar gəlir. Qərbin moda trendlərinə qarşı mübarizədə 15 yaşlı yeniyetmələrdən də istifadə edilir. Onlar küçələrdə gəzir və geyimlərə nəzarət edirlər.

7. Əcnəbi filmlər. Təcrid olunan ölkədə bundan təbii nə var ki?

8. Pirsinq. Sırğa taxmaq qadağa deyil, amma burnunuzu deşdirmək ağlınızdan da keçməsin. Moda polisləri küçələrdə həddən artıq mini ətək geyinənlərə, hətta ayaqqabılara belə diqqət edir.

9. iPhone. Bu telefonların Şimali Koreyda satışı qadağandır. Ancaq ölkə liderinin Apple-dan bütöv bir kolleksiyaya sahib olduğu deyilir. O, Apple-a bənzəyən model hazırlatsa da, App Store-ni təqlid edə bilmədiklərinə görə bu iPhone görüntülü telefonların içi yəqin ki, boşdur.

© xezerxeber.az


3119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR