Alimlər xəbərdarlıq edir: “Yaşlılara yer VERMƏYİN!”

20.10.2017 14:43

Oxsford Universitetindən professor yaşlı insanların oturmaq yerinə ayaq üstə durmağa təşviq edilməsinin bədən sağlıqları üçün daha yaxşı olduğunu bildirib.

İngiltərə Xalq Sağlamlığı Klinikasının müşaviri Sir Muir Qrey yaşlıların gündə 10 dəqiqə yeriməyə çalışmasını vacibliyini vurğulayarkən, onları liftə minmək əvəzinə pilləkənlə çıxmaq üçün təşviq etməyə çağırıb.

Yaşlılara yer verərkən iki dəfə düşünün

İngiltərənin The Sun qəzetinə müsahibə verən Qrey «Yaş artdıqca hərəkətsizliyi deyil, fiziki aktivliyi artırmalıyıq», - deyib.

«Metro və avtobuslarda yaşlılara yer verərkən iki dəfə düşünün. Ayaq üstə durmaq üçün onlar üçün əla idmandır», - deyə alim sözlərinə davam edib.

Mütəxəssislər hesab edirlər ki, orta yaşlı və yaşlı insanlar mütəmadi idmanla məşğul olarsa, fiziki olaraq ən az 10 yaş gənc olurlar. Bu, həmçinin alzeymerin qarşısını alır./faktxəbər

© xezerxeber.az


1789 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR