Tərtərdə qızının üstünə günü gətirilən qayınana: “Qayıt evinə, iki uşağı atasız qoyma”

18.10.2017 11:58

Tərtərdə evli kişi arvadından boşanmamış ikinci dəfə evlənib.

Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla-Vahid Qasımlı ilə ailə qurub. Cütlüyün 2 yaşlı qızı var. İkinci uşağa hamilə olan qadının həyat yoldaşı Vahid Qasımlı yenidən evlənmək məqsədilə başqa bir qız qaçırıb.

Arvadının üstünə yenidən qız qaçıran Vahid Qasımlının qayınanası Gültəkin Heydərli AzNews.az vasitəsi ilə Azərbaycan xalqından kömək istəyir:

-Mənim qızımın ailəsini qaynanası dağıdıb. Biz eyni kənddə yaşayırıq. Bir-birimizin xeyrinə-şərinə gedən insanlarıq. Vahid qızımı qaçıraraq ailə qurub. Qaçırandan sonra toy elədilər. Toydan bir gün sonra qaynana Şahnaz deyib ki, sənə apardığım qızıllarımı qaytar. Bunun üstündə gəlinlə qayınana arasında narazılıq yaranıb. Mən də gücüm çatandan, imkanım yetəndən qızıma bir az cehiz vermişdim. Qaçan qıza nə verirlər? Günlərin birində baxdım ki, qapımda bir maşın dayanıb. Şahnazın qayınanası mənim göndərdiyim cehizləri yığıb bir maşına, mənim evimə göndərib. Mən də səsimi çıxarmadım. Çünki onların rəsmi nikahı yox idi. Buna görə əlim heç yana çatmadı. Şahnazın qayınanası çox həyasızdır. Onunla dalaşmağa səhhətim yol verməz.

-Ümumiyyətlə, qudanız necə ailədir?

-Onun uşaqları gec olub. Düz 18 ildən sonra bir oğlu və bir qızı dünyaya gəlib. Qızını 3 dəfə ərə verib. Uşağı olmadığından hər dəfə də ayrılıb. Şahnazın qayınanasının hardasa 59 yaşı var. Bu yaşda bircə nəvəsi var, o da mənim qızımın uşağı. Qızım yenidən hamilədir. Birincu uşaq olandan sonra Vahid qızımla kəbin kəsdirdi. Şahnaz onların evlərinə qeydiyyata düşdü. Dedi-qodu yenə də kəsmirdi. Qəfildən həyat yoldaşım xəstələndi, xərçəng oldu. Əməliyyat olundu. Biz də onun ailəsiyik, dar gündə yanında olmalıyıq. Başladıq növbə ilə yoldaşımın yanında qalmağa. Birimiz gedib, birimiz gəlirdik. 3 qızım var, oğlum yoxdur. Atanın yanında kim qalmalıdır? Əlbəttə ki, balaları. Bu bütün ailələrdə belədir. Hazırda yoldaşım Gəncə xəstəxanalarının birində müalicə olunur, yenə də qızımın biri yanındadır. Şahnaz 10 gün olardı ki, əri ilə birgə bacısıgilə ad gününə gedib. Həmin arada kürəkənim türk şirkətlərinin birinə işə düzəlib. Ondan sonra evlərinə gəlməyib. Soruşanda deyir ki, "anamın dığ-dığından bezmişəm”. Qızım evə gedəndə qayınana ona deyib ki, "niyə gəlmisən?. Get, ərin gələndə qayıdarsan”. Mən də xalqdan xahiş edirəm gəlin kürəkənimlə qaçan qızın ailəsini tapaq, onlara deyək ki, bu adam ailəlidir. Axı sən onunla niyə qaçmısan? Sənin qızın niyə iki uşaq atası ilə qaçıb? Qayıt evinə, iki uşağı atasız qoyma”.

-Kürəkənin ikinci arvadı hardandır?

-Ağdam rayonunun Güllücə kəndindən.

-Şahnaz Heydərlini son atacağı addım nə olacaq?

-Şahnaz bilir ki, ərinin aliment verməyə imkanı yoxdur. Bəlkə buna görə yenidən uşaqlarının, ailəsinin üstünə qayıdar. İstəyirik ki, ailə də dağılmasın. Ortada iki uşaq var. Onlar niyə atasız böyüsün? Vahidin anası isə bu ailəni yola vermir. Qızıma deyir ki, "mən sənin anandan göyçəyəm, anan məndən qaradır. Niyə atan evinə gedirsən”. Belə- belə şeylərə əl atıb iki uşağı atasız qoyub.


© xezerxeber.az


1727 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR