“Polad Alemdar"ın qardaşından GÖZLƏNİLMƏZ QƏRAR

17.10.2017 17:51

"Eşkiya Dünyaya Hökmdar Olmaz” serialının prodüseri Raci Şaşmaz "Denge Yatırım Holdinq”inin səhmlərinin 48,5 faizini alıb.

"Denge Yatırım Holdinq”inin şəriki Rəcəb Əli Keydal səhmlərini Təyyar Raci Şaşmaza satıb. "Kurtlar Vadisi” serialı ilə karyerasına başlayan prodüser və ssenarist Təyyar Raci Şaşmaz səhmləri 5.335.430 ədəd imtiyazlı payı 55.4 milyon lirəyə (təxminən 27 milyon manat) alıb.

Raci Şaşmaz açıqlamasında bunları deyib:

"Aldığım səhmlərin ümumi nominal dəyəri 5.335.430 TL-dir. Bu səhmlərin şirkət kapitalında faizi 48,50, ümumi səs haqlarının faizi 81,23-dür".

Şirkətin səhmləri son vaxtlarda gündəlik əsasda 8,81 faiz artımla 3,58 TL iş görür.

Məlumat üçün bildirək ki, Raci Şaşmaz Necati Şaşmazın qardaşıdır./publika.az

© xezerxeber.az


2905 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR