Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər...

24.09.2017 12:13

Həbsxana - bu müəssisə insanların törətdiyi əməllərə görə, cəza çəkdikləri yerdir. Lakin onların bəziləri elə bir vəziyyətdə idarə olunur ki, məhkumlar əməllərindən peşman olmaq yerinə həbsxanada cinayət törətməyə davam edirlər. Dünya ölkələrindən ən qorxunc həbsxanların siyahsı belə hazırlanıb.

Bankvanq, Rikers, San-Kventin, Alkatras, Sabanet, Qitarama, Sante, Diyarbəkr, Karandiru həbsxanaları bunlar içərisində ən amansız müəssisələr hesab olunur. Burada nəinki cinayətkarlar bir-birinə qarşı vəhşilik edir, hətta müəssisə işçiləri belə məhkumlara təcavüz edir.

Sizə Pensilvaniyada yerləşən "Eastern State" adlı qorxunc həbsxana haqqında maraqlı faktları təqdim edirik:

Ümumiyyətlə Pensilvaniya ştatında ölüm cəzasının iki forması mövcuddur. Bunlardan biri və ən çox tədbiq olunanı məhkumlara 10 il ərzində əziyyət verib, sonra ölüm cəzasına məhkum etməkdir. İkinci forma isə "həbsxanaya aid həyat" adlanır. Belə adlanmasının səbəbi ömürlük cəzaya məhkum edilən cinayətkarların qocalaraq həbsxanada ölməsidir.

Bu həbsxanada şərti azadetmə, əhvetmə və tibbi reablitasiya heç vaxt mövcud olmayıb. Pensilvaniyada həbsxana işçilərinin, eləcə də, dövlətin cinayətkarlara yazığı gəlmir. Onlar məhkumların işıqlı gələcəyinə, törətdikləri əməllərdən peşman olacaqlarına ümid bəsləmirlər. Məhkumların cəza müddəti 60, 80, hətta 120 ilə qədər uzana bilir. Dünya ölkələrində uzun müddətli cəza alan məhkumların əksəriyyəti bu həbsxanaya gətirilib.

"Eastern State" həbsxanası sanki məhkumların dəfn olunduğu bir qaladır. Həbsxana 1821-ci ildə dövrün məşhur memarı Con Haviland tərəfindən tikilib. Burada o qədər qatı cinayətkarlar saxlanılıb ki, 1971-ci ildən həbsxana haqqında ağlasığmaz fərziyələr dolaşır. Məhbusların psixi vəziyyətlərinin yerində olmaması, sağlamlıqlarını itirmələri çox sayda sirli hadisələrin yaşanmasına səbəb olub.

Həbsxanaya gətirilən dustaqların başlarına giriş-çıxışları bilməmələri üçün qara mələfələr keçirilirdi. Cinayətkarlar təkadamlıq hücrələrdə saxlanılırdı. Müntəzəm olaraq, hücrələrdən qışqırıq, ağlaşma, yalavarış səsləri gəlirdi. Lakin məhbuslardan heç biri yan hücrədə kimin olduğunu bilmirdi.

İşgəncələrlə dolu "cəhənnəmdən" 205 il sonra geriyə qalan bu xarabalıq olub./publika.az

© xezerxeber.az


856 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR