Azərbaycan üçün vacib 3 gün... - Sabahdan başlayır

22.09.2017 15:32

Sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib: "Ayrı-ayrı yerlərdə dolu düşəcək, qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur”.

G. Məmmədova deyir ki, yaxın 3 gün ərzində Bakıda hava şəraiti sabit olacaq, yağmursuz keçəcək.

© xezerxeber.az


3868 dəfə oxunub

ÇOX OXUNANLAR