Bakıda dəhşətli avtobus qəzası: Ana qucağındakı körpəsini xilas etdi, özü isə öldü

14.09.2017 11:52

Bu gün səhər Bakıda iki sərnişin avtobusu dəhşətli qəza törədib.

BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, qəza zamanı yeni ana olmuş qadın dünyasını dəyişib.

Qəza Yasamal rayonu ərazisində baş verib. Qucağında körpə uşaq olan cavan qadın 18 saylı avtobusdan düşərkən 39 saylı avtobusa çırpılıb. Günel adlı ana uşağı kənara ataraq xilas edə bilsə də, özü dünyasını dəyişib.

Avtobusun sürücüsü hadisə yerindən qaçıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirildi ki, baş vermiş hadisə dərhal araşdırlacaq. Ölüm hadisəsində, qəzada günahı olan sürücü ağır cəzalandıralacaq, işdən çıxarılacaq. BNA-dan bildirildi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları məşğul olur, sürücünün tapılması istiqamətində müvafiq tədbirlər görülür.

© xezerxeber.az


7789 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR