Zlatan İbrahimoviçin Avropaya qayıdışı rəsmiləşir

20.11.2018 16:41

"Milan" rəhbərliyi ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən Zlatan İbrahimoviçlə danışıqları davam etdirir.

Klub rəsmiləri futbolçunun agenti Mino Rayola ilə görüş keçirirərək 4 saat danışıq aparıblar. Müzakirənin əsas mövzusu isveçli forvardın İtaliya təmsilçisinin düşərgəsinə qayıtması olub.

"Milan"ın İbrahimoviçə 6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi deyilir. Oyunçu isə öz növbəsində 18 aylıq sözləşmə istəyib. Onun ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq.

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.

Fanat.Az

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR