Bu gün UEFA Millətlər Liqasının 6-ci turuna start veriləcək

18.11.2018 14:37

Bu gün UEFA Millətlər Liqasının 6-ci turuna start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun açılış matçı "Uembli" stadionunda oynanılacaq. İngiltərə millisi son dünya finalçısı Xorvatiya seçməsini qəbul edəcək. Bu cütlüyün qalibi növbəti mərhələyə vəsiqə qazanacaq. Hazırda A liqasının 4-cü qrupuna 4 xalla İspaniya millisi başçılıq edir.

Altıncı turun ilk günündə qalan 6 oyun da keçiriləcək:

A liqasının 4-ci qrupu

İsveçrə-Belçika

B liqasının 3-cü qrupu

Şimali İrlandiya-Avstriya

C liqasının 2-ci qrupu

Yunanıstan-Estoniya

Macarıstan-Finlandiya

D liqasının 2-ci qrupu

Moldova-Lüksemburq

San-Marino-Belarus

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR