Premyer Liqada xaos: onlarla ulduz futbolçu klubsuz qala bilər

16.11.2018 15:48

Avropa Birliyi ilə Böyük Britaniya arasındakı "Brexit" anlaşması İngiltərə Premyer Liqasında xaosa səbəb olub.

Premyer Liqa rəhbərliyinin gələn ildən etibarən tətbiq edəcəyi qaydalar bir çox ulduz futbolçunun sərbəst qalmasına səbəb ola bilər.

İndiyədək Avropa Birliyi ölkələrini təmsil edən futbolçuların yerli statusunda oynaması səbəbindən "legionar cənnəti"nə çevirilən Premyer Liqada "Brexit"dən sonra işçi vizası tələb olunacaq.

"The Times"ın iddiasına görə, Premyer Liqa rəhbərliyi gələn mövsümdən legioner limiti tətbiq edəcək. Limitə görə, klublar heyətlərində maksimum 12 legioner futbolçu saxlaya biləcək. Hazırda Premyer Liqanın 20 klubundan 13-dən 12-dən artıq ligeioner futbolçu çıxış edir. Cəmi 7 klubun 12 və daha az əcnəbi futbolçusu var. Limitdən kənarda qalacaq futbolçular ya satılacaq, ya da azad agenrt statusu veriləcək.

Premyer Liqanın 6 böyük klubundakı vəziyyət:

Mançester Siti

"Şəhərlilər"in heyətində cəmi 4 britaniyalı futbolçu var. Əcnəbilərin sayı isə 19 nəfərdi. Bunlardan 7-si komandanı tərk etməlidi. Üstəlik bu futbolçulardan cəmi 2-sinin müqaviləsi 2019-cu ildə başa çatır.

Mançester Yunayted

"Qırmızı şeytanlar"ın 7 britaniyalı, 18 əcnəbi futbolçusu var. "Mançester Yunayted" ən azı 6 legionerindən imtina etməlidi. Komandanın əcnəbilərindən 6-sının müqaviləsi gələn il başa çatır.

Liverpul

"Qırmızılar"ın vəziyyəti nisbətən yaxşıdı. Belə ki, komandanın heyətində 10 britaniyalı futbolçu var. Əcnəbilərin sayı msə 15 nəfərdi və bunlardan 2-sinin müqaviləsi 2019-cu ildə başa çatacaq.

Çelsi

"Zadəganlar" daha böyük problemlə üz-üzədi. Belə ki, komandanın heyətində 5 britaniyalı, 19 əcnəbi var. Bunlardan cəmi 5-nin müqaviləsi gələn il yekunlaşacaq.

Tottenhem

London klubunun 8 britaniyalı futbolçusu var. Legioner futbolçuların sayı isə 17-di. 5 əcnəbinin müqaviləsi mövsümün sonunda başa çatacaq.

Arsenal

"Topçular"ın da işi çətindi. Belə ki, komandada 6 britaniyalı forma geyindiyi halda, 19 legioner çıxış edir. Bu futbolçulardan cəmi 3-ü gələn il müqaviləsini başa vuracaq.

Fanat.Az

© xezerxeber.az


169 dəfə oxunub

ÇOX OXUNANLAR