“Yuventus” bu futbolçunun transferi üçün 80 milyon avro ödəməyə hazırdır

13.11.2018 17:34

Dortmundun "Borussiya” klubunun yarımmüdafiəçisi Jadon Sanço "Yuventus”un maraq dairəsindədir.

Xezerxeber.az xəbər verir ki, "Yuventus” yarımmüdafiəçini transfer etmək üçün 80 milyon avro ödəməyə hazırdır. On səkkiz yaşlı orta sahə oyunçusu isə "Mançester Siti”yə keçməklə maraqlanır.

Xatırladaq ki, ingiltərəli futbolçu qısa müddət əvvəl 2022-ci ilədək "Borussiya” klubunda qalması ilə bağlı yeni müqavilə imzalayıb.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR