Ayxan Abbasov "Sumqayıt"da? AÇIQLAMA

12.11.2018 14:57

"Sumqayıt" baş məşqçisi Naizm Süleymanovla yolları ayırdı. Bu posta ən real namizəd kimi isə "Zirə"nin sabiq baş məşqçisi Ayxan Abbasov göstərilir.

Sportal.az saytına açıqlamasında gənc mütəxəssis klubdan təklif almadığını deyib:

"İndi məlumat tutdum ki, Nazim müəllimlə yollar ayırılıb. Mən də baş məşqçiyəm, bu səbəbdən də onun gedişinə pis oldum. Bir müddət əvvəl adımı "Keşlə" ilə hallandırırdılar. Bu, normal haldır. Ancaq mənə "Sumqayıt"dan təklif gəlməyib, nə də əlaqə saxlayan olmayıb.Klubun nə fikirləşdiyini deyə bilmərik. Ortaq fikirlər olmalıdır. Təklif olsa,söhbət etmək olar".


© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR