Ronaldo Trampı 4, Roma Papasını 30 dəfə qabaqladı

23.10.2018 17:55

Dünya futbolunun ən məşhur futbolçularından biri olan Kriştiano Ronaldo sosial medianın da ən populiyar simasıdır.

Portuqaliyalı ulduz həm ümumi, həm də futbolçular siyahısında birinci pilləni tutur. Ronaldo ümumi siyahıda ABŞ-ın hazırkı prezidenti Donald Tramp və sabiq dövlət başçısı Barak Obamanı, futbolçular siyahısında isə Neymar, Lionel Messi, Xames Rodriges, Qaret Beyl kimi ulduzları geridə qoyub.

"Yuventus"un futbolçusunun "Facebook"da 123 milyon, "Instagram"da 145 milyon, "Twitter"də 75 milyon izləyicisi var. Ronaldo yalnız "Twitter"də Castin Biber və Taylor Svift kimi məşhurlardan geri qalır. Ümumilikdə, 340 milyon izləyicisi olan Ronaldo ümumi siyahıda Castin Biber (284 milyon), Taylor Svift (268 milyon), Barak Obama (176 milyon) və Donald Trampı (90 milyon) qabaqlayır.

Futbolçular siyahısında isə Neymar (205 milyon), Lionel Messi (189 milyon), Xames Rodriges (91 milyon) və Qaret Beyl (83 milyon) ondan geri qalır.

Ronaldonun sosial mediada geridə qoyduğu önəmli simalardan biri də Roma Papası Franceskodu. "Facebook"da hesabı olmayan Papanın "Instagram"da 6 milyon, "Twitter"də 5 milyon izləyicisi var. Ronaldo ondan təxminən 30 dəfə artıq izləyici kütləsinə sahibdi.

Fanat.Az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR