"Yuventus" "Real"ın daha bir ulduzunu aparır

23.10.2018 16:40

Bu yay Kriştiano Ronaldonu transfer edən "Yuventus" "Real"ın daha bir ulduzunu heyətinə qatmağa hazırlaşır.

"Tuttosport" xəbər verir ki, braziliyalı ulduz klub rəhbərliyinə "Yuventus"a keçmək istədiyini bildirib.

Ronaldo ilə yaxın dost olan Marselona yenidən onunla birlikdə oynamaq istəyir və bu üzdən "Yuventus"a keçmək niyyətindədi. Turin klubu isə onun heyətinə qatmaqla Çempionlar Liqasını qazanmaq yolunda heyətini daha da gücləndirmək niyyətindədi.

Qeyd edək ki, Marselo "Real"a 2007-ci ildə "Fluminense"dən 6,5 milyon avroya tranfser olunub. Hazırda "Transfermarkt" 30 yaşlı sol cinah müdafiəçisinə 60 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə keçirdiyi 8 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fanat.Az

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR