"Barselona" transferdə rekord qırır

23.10.2018 17:33

"Barselona" Samuel Umtiti və Tomas Varmaelenin yerinə daha güclü bir mərkəz müdafiəçisi transfer etmək istəyir.

Kataloniya klubunun hədəfindəki əsas futbolçu "Napoli"nin seneqallı ulduzu Xalidu Kulibalidi. "Barselona"nın qışda 27 yaşlı stoper üçün İtaliya klubuna 100 milyon avro təklif edəcəyi deyilir. Bu transfer baş tutsa, seneqallı futbolçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda ən bahalı müdafiəçi bu ilin yanvarında "Sautqempton"dan "Liverpul"a 78,8 milyon avroya transfer olunan Virgil van Diykdi.

Qeyd edək ki, Xalidu Kulibali 2014-cü ildə "Genk"dən "Napoli"yə 7,75 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 60 milyon avro qyimət qoyub. Seneqallı futbolçu cari mövsümdə 11 rəsmi oyunda meydana çıxıb.

Fanat.Az

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR